8 dekabr 1555

Dizaynda diqqət etdiklərim.

Salam, mən Mirzəyev Camal Qrafik Dizayner. Bu yazımda istifadə etdiyim dizayn həllərindən bir neçəsini sənə danışacam.

1. 100% qaradan istifadə etməmək.

Dizaynda tam qara rəng istifadəsinən yayınmaq. Çox zaman 100% qara ilə ağ rəngin istifadəsi dizaynda contrast yaratdığı düşünülsədə, contrast üçün o qədər də yaxşı nümunə olduğunu düşünmürəm. Hər hansı bir rəngin, qaraya yaxın tonunun istifadəsi dizayna daha çox estetika, maraq və cəlbedicilik qatır.

2. Şrift istifadəsi.

Şrift çoxluğu yaratmaq qarışıq və dağınıq dizayn əmələ gətirir. Oxunaqlı bir şrift növü seçməyi özünüzə prioritet seçin. Dizayn nə qədər maraqlı görünsədə bir o qədər işə yaramağı vacibdir. Şrift ölçüsünün doğru istifadə olunması yazıdakı birinci, ikinci və üçüncü dərəcələnməni aydınlaşdırmağa yardım edir.

3. Hər şeyin arası eyni olmalı deyil.

Mətn araqlıqları sadəcə aralıq kimi görünə bilər, amma ara məsafənin doğru istifadə olunmağı yazının hansı başlıqa aid olduğunu, yazını açıqlayan başlığın hansı olduğunu. Ara məsafələrin doğru seçilməsi dizayna fərqli bir estetik görüntü qatacaqdır. Aralıq vasitəsi ilə sən dizayna mətnin əsas ikinci dərəcəli başlıqlarını aird edə biləcəksən.

Bu cür aydınlaşdırıcı dizayn məntiqləri ilə növbəti yazılarda qarşınızda olacam. Özünüzə yaxşı baxın.

Motivə etməyi unutma!