26 Yanvar 2021

6 addımda şəffaf bank kartı dizayn etmək

Salam, mən Mirzəyev Camal Qrafik Dizayner!

Sürətli şəkildə bank kartı dizayn edə biləcəyin addımları göstərəcəm. Bəzi dizayn trendləri günümüzdə yaranır və onları görməməzlikdən gəlmək mümkün deyil.

Düzbucaqlı element çəkirik

Bu dizaynı etmək üçün ilk növbədə bank kartı ölçüsündə bir düzbucaqlı çəkirik. Bank kartının təqribi ölçüləri (640x400px, kənar radiusu 40pt) ola bilər.

şəffaf dizayn

Gradient tətbiq edirik

Kartın üzərinə dizayn aləti olan gradientin bir tərəfi tam rəng bir tərəfi isə daha şəffaf rəng istifadə edirik. Qatı rəng hissəsinə 40 faiz, açıq hissəyə isə 10 faiz opacity veririk.

şəffaf dizayn

Bulanıq blur vermək

Bank kartına bulanıqlıq vermək üçün blur alətindən istifadə edək. Bu zaman kartda bulanıq şüşə effekti əmələ gəlir

şəffaf dizayn

Bank kartının kənarına rəng veririk

4 rəngdən istifadə edərək kartın kənarında onda qalınlıq göstərəcək işıq effekti yaradıram.
- Qalınlıq: 3px
- Rəng 1: #FFFFFF (opacity 50%)
- Rəng 2: #FFFFFF (opacity 0%)
- Rəng 3: #FF48DB (opacity 0%)
- Rəng 4: #FF48DB (opacity 50%)

şəffaf dizayn

Drop shadow

Çox az kölgələndirmədən istifadə edirəm ki, təbəqələnmə ilə şəklimə dərinlik verim

şəffaf dizayn

Daxilini məzmun ilə doldururam

Sənə lazım olan məlumatları kart daxilinə doldur

şəffaf dizayn

Extra yardım

Textura əlavə edərək kartı daha realistik etmək olar

şəffaf dizayn