17 Dekabr 2020

Bu sənin yolundur

Salam, mən Mirzəyev Camal Qrafik Dizayner. Bu yazımda istifadə etdiyim dizayn həllərindən bir neçəsini sənə danışacam.

Bu yazıda seçdiyin yolun əslində nə qədər doğru olduğundan danışacam.

Seçdiyiniz yol - bəzən istədiyiniz bir iş, hobi, qadın, kişi hər sahədə çıxdığın yol əsla səhv deyil. Yola çıxdıqdan sonra bəzən sənə kənarda ən yaxınların belə bu yola çıxdığın üçün səni tənqid edərlər. Bunun səbəbi sırf özləri buna cürət etmədikləri üçündür, çünki bir yola çıxmaq güvən istər, inam istər, əminlik istər və ən önəmlisi iradə istər! Buna çox adamın gücü çatmaz, ona görə sənidə çıxdığın yoldan kənara itələməyə çalışarlar.

Yolda kimə inanım?

Bu yolda sənin seçiminə hörmət edən hər kəsi dinlə, seçimlərivi başa düşməyən heç bir adamı dinləmə bu ən yaxının ailən belə olsa. Hər kəs sənin seçimlərinə hörmət etməlidi deyə bir şeydə düşünmə, onları düşmən görmə özünə amma öz inamını belə insanlara görə itirmə.

Səni bu yolda tənqid edən insanlar, o yoldakı ən kiçik uğurunu görəndə, sənin seçimlərinə hörmət etdiklərinin şahidi olmağa başlayacaqsan. Ən kiçik uğurunda sənin yanında olmaq üçün can atacaqlar.

Çıxdığın yol səhv və ya doğru olması vacib deyil! Çıxdığın yolu sənin seçməyin vacibdir! Çünki, bu yol səhv olsa sənin səhvindi, uğurlu olduqda sənin uğurundu. Əsas sənsən bunu unutma! Bu yol səhv olanda özünü günahkar görəcəksən, kiminsə yazdığı rola görə yox özünün oynadığı rola görə səhv oldu! Kimsə sənə uğur qazandırmadı, o uğuru sən özün qazandın!

Seçdiyin yolda səbrli, təmkinli, seçimləri dəyərləndirməyi, müqayisə etməyi öyrən. Səhv et, çünki o zaman daha yaxşı dərs çıxara bilərsən. Həyatdakı uğurlar, səhvlər üzərində qurulmuşdur. Həyat adlı bu illərin, bir sirri var sadəcə nə istədiyini bil və etdiyin heç bir şeydən peşman olma, ağıllı düşün!

Hər yolun bir çətinliyi olduğunu yaddan çıxarma! Yaşadığın çətinlik sadəcə o an üçün sənin seçdiyin yolun, sənin üçün nə qədər dəyərli olduğunu sınayır. Hər çətinlik, sənin iradəni yoxluyur! Çətinlikləri yaxşı yadında saxla çünki onlar sənə harada, nələrin üsətindən gələrək o uğura çatdığını göstərəcək və sənin yolunu getmək istəyənlərə o çətinlikləri yaşamaması üçün yardım et! O zaman uğurunun həzzi dəfələrlə artıq olacaq, bu həyata bir daha gəlsəm eynisini edərdim deyə biləcəyin uğurun olacaq.

Seçdiyin yolun nəyin bahasına olur olsun sonunu görməyə can at, o yolda olan insanların məsləhətlərini dinlə, amma düşüncələrinə inandıqlarının.

Seçdiyin yolun daima uğurlu olması diləyi ilə, özünü düşün, çünki sənində beynin var!