13 Dekabr 2020

Qrafik dizayn yolunda addımlamaq

Salam, mən Mirzəyev Camal Qrafik Dizayner!

Əslində dizayner olmaq istəyim 1il 7 ay bundan öncə başlıyıb.

Orta ixtisas, Ali ixtisas və Magistr başqa ixtisas üzrə bitirsəmdə, sonuncu Bakalavr kursunda istədiyim peşə növü ilə məşğul olmaq, mənim daha yaşam həvəsimi artıracağına inandım.

Bir şey yaratmaq nəsə abstract düşüncə hər zaman ağlımın bir kənarında idi, amma qrafik dizayn barəsində heç eşitməmişdim. Ətrafdakı bütün infografik elementlər, vizuallar sadəcə ALLAH tərəfindən yaradılmış kimi gəlirdi, diqqətimdə kimin bunları yaratdığı heç düşünmürdüm. 😂 Belə bir peşə varlığını öyrəndikdən sonra isə bu peşənin adamı olduğumu dərk etdim.

Nə isə, başladım özüm üçün proqramlar öyrənməyə. İllustratoru bitirdikdən sonra bir art director ilə tanış oldum və onun yanında peşənin kommunikasiya tərəfinə yiyələndim, bu sahənin yalnız dizayn olduğunu yox, kommunikasiyanın necə qurulmalı olduğunu birazda orda təcrübə etdim. Kommunikasiya başa düşülməyə bilər amma hər bir yaradılmış elementin bir şeyi açıqladığını düşünürəm. Sadəcə cümlə altında olan bu xətt belə bu cümləni nəzərə çarpıcı edir. Və beləliklə dizayner oldum, nə dərəcədə yiyələndiyim mübahisəli mövzu ola bilər, amma insan beyni daima inkişafdadı ona görə yiyələnməyi düşünmürəm əsas yiyələnmək yolunda olmaqdı fikrimcə, hər hansı bir seçdiyiniz yolda olmaq ən azınan yolda olduğunuz anlamına gəlir.

Hansı yolda olduğunuzdan asılı olmayaraq, ən önəmlisi seçdiyiniz yol olsun və əmin olun ki sonda yol uğura çıxır.