10 Yanvar 2021

Co-Brandinq (ortaq markalaşma)

Salam, mən Mirzəyev Camal Qrafik Dizayner!

Bu yazımda iki brendin birləşərək, bir brend yaratmasından yəni ortaq markalanmadan danışacam.

Bu ortaq markalanma (ortaq brendləşmə) günümüzdə trend mövzusu olmuşdur. Ortaq markalanma nə qədər uğurlu bir proses olsada bəzən fəsadlar da ola bilir. Ortaq brendinq bir brendin elementlərin digər elementə yerləşdirilməsi və ortaq fərqli bir çalarla bazarda iştirak etməsi başa düşülə bilər.

Əlbəttdə ki burda yalnız brand elementi yox bazardan bizə tanış olan tictac markasının CocaCola dadı ilə sintezi və ərsəyə gələn məhsul dad üzərindən markalaşmanın bir misalıdır. Burda əksinə olaraq cocacola brendi platforma olaraq çıxış edib tictac dadında məhsul bazara ixrac etsəydi, bu qədər sevilməyə bilərdi. Tictac`ın burda platforma olması uğurludur ki, hərkəs cocacola dadında şəkər yemək istəyi var.

brandinq

Günümüzdə paltar brendləri arasında bir markalanma oldu və ərsəyə gələn məhsul çox sevildi, bəli söhbət Gucci İtalyan markası ilə Amerikan markası olan THE NORTH FACE arasında ortaq markalaşmadan gedir. İtalyan markası olan göstərişi sevən Gucci öz element bazasını bazarda minimalizm, sadəlik nümunəsi olan THE NORTH FACE üzərinə yerləşdirdi və ərsəyə gələn məhsullara aşaqdan baxa bilərsiz

brandinq

Bu brandinqdə platforma rolunu THE NORTH FACE qurdu öz sadəliyi üzərində daşıdığı İtalyan markası rəngləri və elementləri bazarda bu markalar arasında fərqi və iki marka hissini birlikdə yaşamaq həzzini insanlara yaşatdılar. Əksinə platforma Gucci olsaydı bunun qədər uğurlu co brandinq ərsəyə gəlməzdi, bunu əminliklə deyə bilirəm.

Co brandiq çox güclü marketinq strategiyası və bazar araşdırması tələb edir, fikrimcə qısa misallar ilə ortaq brandinqin nə olduğunu birazda olsa danışa bildim)