Bu ilk başlarda yol verilməz yanaşmadır. Karyerada yenisən və kənar fikirlərə qulaqlarını bağlayırsan və ya fikir bildirənlərlə mübahisə edirsən. Bu bir başa yaradıcılıqına təsir edir. Həm bu tənqidlər arasında boğulursan və dərs çıxarmalı olduğun tənqidləri görə bilmirsən. Halbuki illərini bu karyeraya vermis insanlar sənin pisliyinə bir şey demir, sadəcə öz fikirlərini bildirirlər. Yəni tənqid və təhqiri ayırmalısan.
Dizaynın hələ nə olduğunu anlamırsan və əlinə keçəni projenə daxil edirsən (lazımlı, lazımsız). Dizaynın nə olduğunu anlasan proyektinə artıq və ya əksik element daxil etməssən. Əsas nəzər yetiriləcək məqamlara fokuslanmaq kifayət edir ki, dizaynda element azalsın.
Müştəri ilə əlaqə qurarkən ilk andan elə psixoloji təsir etməlisən ki, sonra müştəri sənə psixoloji təzyiq göstərməsin. Müştəri ilə nə tam səmimi, nə də tam rəsmi çıxışlar etmək olmaz. Müəyyən sərhəd olmalıdır ki, o nə isə lazımsız rəyini sizə diqtə etməsin, yəni dizaynda ancaq lazımlı dəyişkliyi sizə diqtə edə bilsin. Bu əlbətdə təməl Müştəri – Dizayner davranışıdı daha geniş mövqedə yazım olacaq.
Bu işi götürməkdənsə, götürmə! Motivasiyanı öldürə bilər, azda olsa müştəriyə bildir ki brief sənin üçün nə dərəcədə vacibdir. Vacibliyini anladıqdan sonra özü sizinlə dayanmadan fikirlərini bölüşəcək