Məndə qara və ağ, ağ bilirik ki sadəlik və minimalizmin rəngidir, qarşı tərəfdə balanslayıcı qara rəng isə zəriflik, eleqantlıq, güc. Bu iki rəng harmoniyasını biz günümüzdə Apple cihazlarında və ya onların veb saytlarında görürük.
Coca-colanın enerjini və ehtirası birləşdirən #F40009 rəngi , Facebookun etibarlıq və zəkanı bildirən #4267B2 rəngi. Mən bu rənglərin kodlarını yazsam belə dizayner və ya bu məhsulları istifadə edənlər fikirlərində bu rəngi gördülər
Əsas rəngimizi təyin etdikdən sonra istifadə etdiyimiz dizayn proqramını açırıq ( Adobe İllustrator, Adobe İnDesign, Adobe Photoshop, Figma, sketch və s. Daxil olduqdan sonra seçdiyimiz əsas rəngi kvadrata yükləyək.
İndi biz seçdiyimiz rəngin tamamlayıcı rəngini və ya onun, açıq və ya daha tünd rəngini ikinci rəng kimi brendimizə seçirik.Birinci seçdiyimiz rəngə uyğun olan onun kölgəsi və ya açıq tonunu əldə edirik.
Sonra rənglər olan çubuqdan müəyyən bir rəng üzərinə, gəlib üstəki rəngi dəyişmədən aşaqdakı cubuqda yaşılın üzərinə gələrək bu rənglərlə uyğunluq təşkil edən sakit bir yaşıl rəng alırıq.
Aşağı cubuqdakı rəngi daha da mavidən uzaqlaşdıraraq daha canlı rəng palitrası əldə edə bilərdik. Çox az bir sürüşdürmədə mükəmməl rəng palitrası əldə edə bildik. Bir neçə dəfə rəngi sürüşdürərək bir neçə rəng edib palitranı tamamlaya bilərsən.