15 Yanvar 2021

2021 Qrafik dizayn trendləri

Salam, mən Mirzəyev Camal Qrafik Dizayner!

Kiçik motionlar istifadə edərək dizayn etmək:

Artıq yeni saytlarda kiçik motion dizayndan istifadə olunur. Buna səbəb insanlar artıq uzun-uzadı mətinlər oxumaq istəmir şəkillərdə və kiçik animasiya olunmuş dizaynlar vasitəsi ilə informasiyanı qəbul etmək istəyir. Bu da zaman qazanmaq və sürətli dijital aləmdən istifadə etmək üçün vacibdir.

trend

Həqiqi arxa plan texturaları ilə dizayn etmək:

Onlar toxunmaq istəyəcəyimiz qədər həqiqi görsənir. İnsanlar artıq elegant və mükkəməl pixellə işlənmiş tətbiq etmələrdən istifadə etmək istəmir. İnsanlar artıq günümüzdə həqiqi texturalar görmək və onlara ilham verici dizaynlar görmək istəyir və bu da dizaynda trend halını alır. Bunu mənim Əsas səhifəmdə yazıların arxa fon videosunda görə bilərsən.

trend

Dizaynda tam ekranın istifadəsi:

Əslində bunun dizaynda trend olmasını birazda itələyən tərəf smartphone və display istehsalçılarıdır. Yeni nəsil smartphone-lərin ekranlarının tam olması, yəni çərçivəsinin az olması bizə ekranı doldurmağı tələb edir. Bu zaman edilmiş dizayndakı elementlər daha canlı və 3d effektli görsənir.

qrafik dizayn trend

Dark mode (qaranlıq mod):

Buna təkan edən amildə telefonlarda belə bir funksiyanın varlığıdı. İnsanlar hələdə qara rəngdəki elegantlıqı sevirlər. Qaranlıq dizayn hər zaman cəzb edici, və online bir platformaya hər zaman maraq yaradır.

dark mode

3D elementlərin dizayndakı rolu:

VR – virtual realitydən ilhamlanan dizayn formasıdı və günümüzdə 3D elementlər dizaynda xüsusi yerə malikdir. 3D elementləri 2D proqramlarda yaratmaq da həmçinin mümkündür xüsusi gradient və kölgələndirmə vasitə ilə. Həmdə 3D dizayn insanlara daha məlumatlı, yəni informasiyanı başa düşülən elementi hər tərəfdən qavramağa kömək edən bir dizayn nümunəsidir.

qrafik dizaynda 3D

Səndə trend dizayn et!